Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


07.01.2022  10:46 

Tahir İmanov telekanllara “od püskürdü”





A+  A-

“Planet Parni iz Baku” KVN Teatrınını bədii rəhbəri, əməkdar artist Tahir İmanov Bəstəkarlar İttifaqından, bədii şuralardan, telekanallardan da narazıdır.

XəzərNews.az xəbər verir ki, o, bayağı musiqilərin efirlərdə üstünlük təşkil etdiyini söyləyib:

“2022-ci ilin “Şuşa İli” elan edilməsindən gözləntilərim böyükdür. Ən böyük istəyim, arzum isə 2022-ci ildə əsl Azərbaycan musiqisinin təbliğ olunduğunu görməkdir. Gözləyirəm ki, “Şuşa İli”ndə əsl Azərbaycan musiqisi, əsl Azərbaycan mədəniyyəti təbliğ olunsun. Təbii ki, dövlət səviyyəsində lazımi tədbirlər keçiriləcək. Bəs telekanallar? Xüsusən də özəl telekanallar nə edəcək? Bu gün teleməkanda yalnız bayağı, yüngül musiqi, bayağı mahnılar səslənir. Azərbaycan musiqisinə aid olmayan, yad bir harmoniya var”.

T.İmanov Bəstəkarlar İttifaqını da sərt şəkildə qınadı, telekanllara “od püskürdü”:

“Bəstəkarlar İttifaqı hara baxır? Niyə susur? Televiziyalarda bədii şuralar nə üçün yaradılıb? Nə vaxta kimi bu biabırçılıq davam edəcək? Bir neçə ildən sonra Şövkət Ələkbərova, Sara Qədimova, Mirzə Babayevi... əcnəbi musiqi hesab etməyə başlayacaqlar. Çünki onların səsi gəlmir efirlərdən, əsl Azərbaycan mahnıları, Azərbaycan musiqisi səslənmir.

Efirə çıxanlar bir baxsınlar, Şövkət xanım səhnədə özünü necə aparırdı, Sara xanım necə geyinirdi, duruşu, ifa tərzi necə idi. Biz onları görmüşük. Şəxsən mən xalis Azərbaycan bəstəkarı nəvəsi kimi o səslərə qulaq asmışam”.

Görkəmli ifaçıları görmüşəm. Amma gənclər bilmir, eşitmir, dinləmir o musiqini. Onlara bu musiqini çatdıran telekanal da yoxdur”./Sherg.az


Xəbər 1636 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +