“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


04.05.2017  11:37 

Sabah Azərbaycanda futbol mövsümü başa çatacaq





A+  A-

Sabah Azərbaycanda futbol mövsümünə yekun vurulacaq.
XəzərNews.az-ın məlumatına görə, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar əvvəlki illərlə müqayisədə daha qısa olan cari mövsümün son matçı Naxçıvanda təşkil olunacaq.

Muxtar Respublikada Azərbaycan kubokunun final matçı baş tutacaq. Həlledici görüşdə “Qarabağ”la “Qəbələ” qarşılaşacaq ki, bu əyalət təmsilçiləri mövsümdə 5-ci görüşü olacaq.

Premyer Liqada çempionluq uğrunda mübarizə aparan komandalar ikinci dərəcəli titulun sahibini də öz aralarında müəyyənləşdirəcək. Ardıcıl 4-cü dəfə çempionluğu bayram edən “Qarabağ” Naxçıvana “Qızıl dubl” ardınca yollanıb.

Qurban Qurbanovun yetirmələri son iki ildə olduğu kimi, yenə kuboku başı üzərinə qaldırsa, Azərbaycan futbolunda yeni tarix yazacaq. Əyalət təmsilçisi həm ardıcıl 3-cü dəfə kubok qazanan, həm üç mövsüm “Qızıl dubl”ları sıralayan ilk Azərbaycan komandası olacaq.

“Qəbələ” də Naxçıvanda ilk gerçəkləşdirmək iddiasındadı. Roman Qriqorçukun yetirmələri kuboku başı üzərinə qaldırsa, tarixində ilk titula yiyələnəcək. Düzdü, qəbələlilərin aktivində Premyer Liqaya yüksələrkən qazandığı I dəstənin çempionluğu var. Lakin yüksək səviyyəli titul baxımından ilk uğur məhz sabah qazanıla bilər.

Azərbaycan kuboku
Final
5 may
16:00. “Qarabağ” – “Qəbələ”
Naxçıvan. Şəhər stadionu

Xəbər 1653 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +