Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


20.02.2017  11:59 

Formula-1 yarışları üçün jurnalistlərin qeydiyyatı başlandı





A+  A-

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti(BŞH) bu ilin yayında, 23-25 iyun tarixlərində, Bakıda ikinci dəfə keçiriləcək Formula-1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesini açıq elan edib.
XəzərNews.az xəbər verir ki, yarışda qeydiyyat prosesi barəsində ətraflı məlumat vermək məqsədilə “Hilton” otelində media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə jurnalistlərə Azərbaycanda növbəti dəfə baş tutacaq Formula-1 yarışına akkreditasiyaya dair onlayn portal və media bələdçisi təqdim olub.
Qeydiyyat prosesi ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH vasitəçiliyi ilə həyata keçiriləcək. Akkreditasiya prosesi martın martın 31-i, saat 17:00-dək davam edəcək.
Qeydiyyatdan keçmək istəyən jurnalistlər http://www.bakycitycircuit.com/az/media/media-accreditation keçidi vasitəsilə BŞH rəsmi veb səhifəsində olan formanı dolduraraq onlayn qaydada müraciət etməlidirlər.
Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Xəbər 3018 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +