25.12.2023 17:22
“Ermənilər bizə yaxınlaşmağa başlayıblar” - NATO nümayəndəsi
NATO Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı birgə bəyannamə ilə bağlı çox nikbindir.
Xəzərnews.az xəbər verir ki, bunu NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstanın Birinci Kanalına müsahibəsində deyib.
“Biz bunun çox yaxşı xəbər olduğunu düşünürük. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıyıq. Biz bu prosesdə Aİ və ABŞ-ın, eləcə də Ermənistan və Azərbaycanın ikitərəfli əsasda həyata keçirdiyi səyləri dəstəkləyirik. Bizim üçün həqiqətən vacibdir ki, Qafqaz regionunda sabitlik təkcə Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanda bərqərar ola biləcək sabitlik vasitəsilə qorunur”, - deyə Kolomina bildirib.
İrəvanın NATO ilə yaxınlaşmada maraqlı olduğunu görüb-görmədiyi sualına cavab verən Kolomina qeyd edib ki, Ermənistan çox açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan bir qədər uzaqlaşmaq qərarına gəlir:
“Ermənilər öz qərarlarını verməkdə azaddırlar, lakin onlar bunu seçiblər və məncə, onlar artıq bizə yaxınlaşmağa başlayıblar. Bu daha çox əməkdaşlıq, daha çox siyasi dialoq tələb edir, NATO-nun daha çox iştirakını tələb edirlər. Biz tərəfdaşlarımızın, fikrimizcə, regionun sabitliyi üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir”.
Xəbər 1047 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|