“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


18.05.2023  12:21 

Paris İrəvanı silahlandırır- Ukrayna və İsrail narahatdır





A+  A-

İsrailin 24news.tv nəşri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istiandən bildirir ki, Fransa dəfələrlə verdiyi vədlərdən sonra Ermənistana öldürücü silahların çatdırılmasına başlamaq qərarına gəlib. Yaxın vaxtlarda Ermənistana 50 zirehli transportyordan ibarət ilk partiya gələcək. Ukrayna xüsusi xidmət orqanları 2022-ci ilin ortalarından Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətə nəzarət edir. Kiyev ehtiyat erdir ki, Ermənistana verilən Qərb hərbi texnikası ruslar tərəfindən Ukraynaya qarşı istifadə oluna bilər.

Fransa ilə Ermənistan arasında birbaşa hərbi əməkdaşlığa başlamaq qərarı Ermənistanın müdafiə naziri Suren Papikyanın 2022-ci ilin sentyabrında Parisə səfəri zamanı qəbul edilib. Bu sahədə əməkdaşlığın gedişatı müxtəlif mənbələr tərəfindən təsdiqlənir. ABŞ-ın beynəlxalq təhlükəsizlik analitik nəşri “Global Security Review” silah tədarükü ilə bağlı yazıb: “Makronun ermənipərəst ritorikası hava hücumundan müdafiə ilə bağlı razılaşmaya gətirib çıxara bilər”.

Fransa xüsusi xidmət orqanlarına bağlı olan “Intelligence Online” saytının Parisin İrəvandakı səfirliyinin yanında yeni hərbi attaşe təyin edəcəyi və onun fransız ölümcül silahlarının Ermənistana tədürükünə nəzarət edəcəyi barədəki xəbəri İsrailin narahatlığına səbəb olub. Bu qərarı şəxsən Fransa Prezidenti Emmanuel Makron qəbul edib.

Ermənistana silah tədarükünün başlaması Fransa və İsrail arasında ixtilaf yaradır. Rəsmi Qüds özünü Azərbaycanın strateji tərəfdaşı hesab edir və Bakının müdafiə qüvvələrinin bütün tələblərini yerinə yetirən əsas silah təchizatçılarından biridir.

Cənubi Qafqazda Fransa-İsrail ziddiyyətləri ötən ilin dekabrında özünü açıq şəkildə büruzə verib. İsrail parlamentinin onlarla deputatı Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqi və ondan qaz və neft alınmasına Avropa İttifaqı tərəfindən embarqo qoyulmasını tələb edən qətnaməsinə təəəccüb ifadə etmişdilər: “Bu qərar bu gün İsrail və Qərb dünyası ilə sıx əlaqələr saxlayan mütərəqqi [şiə] müsəlman əhalisi olan Azərbaycanı zəiflətməkdə maraqlı olan İranın maraqlarına uyğundur.”

Həmçinin aprel və may aylarında silahlı toqquşmalar zamanı Ermənistan Azərbaycana qarşı İran PUA-larından istifadə edib, Ukraynadakı Rusiya qoşunları da İran PUA-larından istifadə edirlər. Fransa silahlarının iranlıların əlinə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. İranlı silah istehsalçıları Yaxın Şərqdə sabitliyi pozmaq istəyən bir neçə terror təşkilatına ixrac edilən silahlarını modernləşdirmək üçün Ermənistan vasitəsilə əldə edilən Qərb texnikasınan istifadə edə bilərlər.

Tanınmış israilli ekspert Ron Ben Yişainin fikrincə, İranın modernləşdirilmiş hərbi sursatları Rusiya tərəfindən Ukraynada istifadə edilə bilər, ona görə də hazırda İranla müharibə başlamasına qarşı çıxan bütün güclər üçün daha böyük təhlükəyə çevriləcək.

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 1388 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +