“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


02.01.2022  22:09 

O ZAMAN VƏZİYYƏTİMİZ ÇOX AĞIR OLACAQ...





A+  A-

Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin sayəsində eyş-işrət içində buğlanan, həddini aşan, milyonları talayıb "kef eləyən" məmur-oliqarxlar, akademik-dəllallar, onların harın övladları və əhli-əyalları özlərinə çəki-düzən verməsələr, yəni qanunun sərt üzünü görməsələr, ölkədə vəziyyətin kritik xarakter alması labüddür.

Bu gedişlə qarşılıqlı nifrəti durdurmaq çətin olacaq. Ən pisi odur ki, ölkədə qanun ədaləti bərpa edə bilmir. Bütün naqisliklər, kin və nifrətlər də elə buradan başlayır.

Dövlətin büdcəsini talamaq və xalqın haqqını mənimsəmək hesabına gizli və zərərli milyonerə çevrilib Vətən sevgisini urvatdan salan, ədalətsizliyi, çapıb-talamağı, qanuna, xalqa və dövlətə rişxənd etməyi normaya çevirən, öz quldur əməlləri və həyasız davranışları ilə hətta Allah dərgahında ən yüksək mərtəbəyə ucalmış şəhidlərin ruhuna hörmətsizlik edən, onların sinəsi dağlı analarının hisslərinə biganə qalan, Vətəni müvəqqəti yem yeri sayan bütün səlahiyyətli zatlar (xəyanətkar-pokazuxalar) zərərsizləşdirilməlidir.

Əlbəttə, övladını Vətən yolunda qurban vermiş ana, minlərlə haqqı yeyilmiş övlad sonadək susmayacaq, haqsızlığa, ədalətsizliyə dözməyəcək, qisas hissi ilə alışıb yanacaq.

Bir-birinə kin və ədavət bəsləyən millətlər heç vaxt ali ola biməzlər.

Əminəm ki, biz bir millət olaraq tarixin bu sınağından alnıaçıq, üzüağ çıxmağı bacaracaq, millətin qanını sorub özünənifrəti aşılayan əliəyri xəyanətkarların üzünə tüpürəcəyik.

Əlbəttə, dildə tərif deyib pərdələnən, əməldə cənnət Vətəni cəhənnəmə çevirən, layiqli Vətən övladlarını didərgin salıb düşmənə möhtac edən ikiüzlü, satqın, qudurğan və harın zatları fərqləndirib cəzalandırılmalarını tələb etməliyik.

PS. Müasir dünyada hamı, o cümlədən şəhid anaları, haqqı yeyilənlər, məzlum duruma salınanlar, susub-danışmayanlar hər şeyi yaxşı görür və bilirlər.

Ən pisi də elə susub-danışmamaları, içlərində öz həmvətənlərinə dümənçilik bəsləyən kin dağarcığını genişləndirmələridir. Bu düşmənçilik isə fürsət gözləyir...

Heç şübhə yoxdur ki, hər kəs, o cümlədən Vətən uğrunda canını fəda etmiş şəhidin yaxınları, qazilər, müharibə veteranları və s. qanun qarşısında bərabərdirlər. Yox, əgər bir qütbdə harın məmur balaları qanunu ayaq altına salıb əzəcəklərsə, milyonları talayıb ölkə daxilində və xaricində şəxsi eyş-işrətə sərf edəcəklərsə, səlahiyyətlərindən sui-istifadə edib rüşvəti, çapıb-talamağı, yalanı, satqınlığı, özlərinin Vətəni qorumaqdan yayınmaqlarını, İlahi təqdirlə "məsum ağa" olduqlarını digər sadə vətəndaşlara (onların təbirincə, "qullar"a) norma kimi qəbul etdirməyə çalışacaqlarsa, onda vəziyyətimiz düşünüldüyündən də ağırdır...

İdris Abbasov
XəzərNews.az


Xəbər 1567 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +