Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı


28.07.2017  17:08 

Ermənilərlə azərbaycanlı iş adamı arasında qarşıdurma - Ukraynada





A+  A-

Ukraynanın Lvov vilayətinin Truskavets şəhərində biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı Fuad Kərimov ilə ermənilər arasında qarşıdurma baş verib
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya biznesmenin özü məlumat verib. O qeyd edib ki, sözügedən şəhərdə iki restoranın sahibidir: ““Ukaze” restoranı 3 ay, “Sultan” restoranı isə 1 il yarımdır ki, fəaliyyət göstərir. Özüm isə 4 ay yarımdır ki, orada yaşayırdım.

Təxminən 20 gün əvvəl ermənilər “Sultan” restoranında toy etmək üçün bizlə danışmağa gəldilər. Dedilər ki, sizə yaxşı məbləğdə pul verəcəyik. Amma şərtimiz odur ki, Azərbaycan və Türkiyənin bayrağını restoranın girişindən çıxarasınız. Biz buna etiraz etdik. Aramızda münaqişə yarandı. Daha mədəniyyətsiz formada bizlə danışıq apardılar. Ondan sonra bəzi adamlar vasitəsilə bizə təzyiq etməyə başladılar. Üstümüzə kriminal aləmin adamlarını göndərdilər.

Mən də ordakı dostlarıma müraciət etdim, bizə kömək etdilər. Əvvəlcə dedilər ki, bu siyasi məsələdir, onu niyə restorana qatırsız. Rusiya və Ukrayna məsələsini onlara başa saldım. Vəziyyəti anladılar və bir də biz tərəfə yaxınlaşmadılar.

Bir həftə bundan qabaq isə, banket zalında yemək yeyərkən erməni müştərinin biri dostları ilə “Moy armeniya” mahnısı qoyub rəqs etməyə başladılar. Mən də rəqs elədikləri yerdə mahnını saxladım və əvəzində Rəşid Behbudovun “Azərbaycan” mahnısını qoydum. Mənimlə mübahisə etməyə başladılar. Elə situasiya yaratdılar ki, guya onlar oynadığı yerdə mahnını kəsmişəm və mahnının mahiyyətinin məsələyə aidiyyatı yoxdur. Soruşdular ki, azərbaycanlıyam? Cavab verdim ki, məgər bunu restorana girəndə görmürsünüz? Bütün dizaynda Azərbaycan elementləri əks olunub, yeməklər millidir və.s. Üzr istədilər və çıxıb getdilər.

Həmin hadisədən sonra münaqişə ilkin olaraq böyümək üzrə idi. Elə adamlar zəng edirlər, soruşurlar ki, nə məsələdir? Ona görə də şəhərdən uzaqlaşıb Bakıya qayıtdım. Bir həftədən sonra yenə də işimin başına qayıdacam”.



Məsələ ilə bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov da “Qafqazinfo”ya danışıb. O qeyd edib ki, diasporanın apardığı işlərdən biri də budur ki, bizim milli dəyərlərimiz, dövlət atributları olan bayrağımız, gerbimiz, himnimiz harada yaşamağımızdan asılı olmayaraq üstün tutulmalıdır: “İstər erməni, istərsə də amerikalı olsun, Azərbaycan bayrağını hər hansı bir şərt adı altında endirməsi qeyri-mümkündür. Biz buna canımızla-başımızla cavabdehik. Bu bizim siaysətimizdir. O restoranda çalışanlar da diasporanın aparıcı şəxsləridir. Milli məsələlərdə hər zaman həssas və mübarizdirlər”.



Xəbər 1534 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +