Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı


05.06.2021  20:26 

“Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma” - Qasparyan





A+  A-

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Onik Qasparyan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın onu və bəzi keçmiş generalları “Koçaryanla Sarkisyanın bukletpaylayanları” adlandırmasına cavab verib.
XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, Qasparyan Paşinyanı “tərbiyə hüdudlarını aşmamağa çağırıb:

“Mən heç vaxt məsuliyyətdən yayınmamışam, öz yoldaşlarımın və tabeçiliyimdə olanların çiyinləri arxasında gizlənməmişəm, öz fəaliyyətimə görə cavab verməyə hazıram. Əminəm ki, hakimiyyət dəyişikliyindən sonra obyektiv təhqiqat aparılacaq, hər bir məmur layiq olduğu cəzanı alacaq.

“Qulaq as, Nikol, tərbiyə hüdudlarını aşma. Ucuz şouların ən böyük ustası olduğunu bilirəm və dövləti idarə etmək sahəsindəki bacarıqsızlığını belə əsassız ifadələrlə ört-basdır edirsən. Yeri gəlmişkən, bukleti verməkdə çox bacarıqlısan (baxmayaraq ki, metroda vaxtaşırı bu kitabçaları üzünə çırpırdılar)".

Qasparyan Qazaxın işğal edilmiş 7 kəndinin qaytarılması barədə bəndin 10 noyabr üçtərəfli bəyanatının mətnində yer alması, daha sonra çıxarılması haqda da danışıb.

“Kəndlərlə əlaqədar olaraq yaddaşını təzələmək istəyirəm - müzakirə zamanı dedim ki, bu məsələnin Qarabağla heç bir əlaqəsi yoxdur və yəqin ki, bu maddə diplomatik fənddir, məqsədli şəkildə bəyanat layihəsinə daxil edilib.

Bu məsələni Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla da müzakirə etdim və onun səyləri sayəsində bu bənd çıxarıldı.

Hər halda, Nikol, ən azından Kennedinin qətlində məni günahlandırmadığın üçün minnətdaram”.

Xatırladaq ki, Nikol Paşinyan Artaşat şəhərində tərəfdarları ilə görüşündə bildirmişdi ki, Baş qərargah rəisi Qazaxın 7 kəndinin qaytarılmasını da nəzərdə tutan mətnin imzalanmasını istəyib.

“Mən isə dedim ki, əllərimi kəsərəm, amma imzalamaram. Buna bir neçə nəfər şahiddir”, - deyə Paşinyan söyləyib.

Xəbər 2306 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +