Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?


07.08.2020  08:56 

Sarkisyanın axtarışda olan qardaşı Ermənistana gətirildi





A+  A-

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı, Ermənistan parlamentinin axtarışda olan keçmiş deputatı Levon Sarkisyan Rusiyadan Ermənistana gətirilib.
XəzərNews.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” ölkənin Baş prokurorunun müşaviri Qor Abramyana istinadən xəbər verib.

“Ermənistan Baş Prokurorluğu və Rusiya Baş Prokurorluğunun əməkdaşlığı nəticəsində Ermənistan Xarici İşlər Nazirliyinin dəstəyi ilə avqustun 6-da polis əməkdaşları Levon Qraçyeviç Sarkisyanı Ermənistana aparıblar”, - Abramyan qeyd edib.

Abramyan bildirib ki, Rusiya Baş Prokurorluğu bu ilin martında Sarkisyanın Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsi barədə vəsatəti təmin etmək barədə qərar qəbul edib.

Ermənistan Respublikaçılar Partiyasından olan keçmiş deputat Levon Sarkisyan 2019-cu il noyabrın 21-də Rusiyanın Moskva vilayətinin Zelenoqrad şəhərində saxlanılıb. Levon Sarkisyan barəsində Ermənistanın Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən xüsusilə böyük miqdarda əmlak oğurlamaq məqsədilə törədilmiş cinayət işi üzrə axtarış elan edilmişdi.



Xəbər 1618 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +