Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?


19.09.2017  10:49 

Bakıda 2 nəfəri 1 qəbirdə basdırmağa icazə var





A+  A-

Bu gün insanların dəfn olunması məsələsi ətrafında bəzi suallar hələ də cavabsız alır. Məsələn, dünyasını dəyişən iki yaxın insan eyni qəbirdə basdırıla bilərmi? Birmənalı olaraq hər birimiz “yox” cavabını verərik.
Digər tərəfdən qəbiristanlıqlarda dəfn yerlərinin məhdud sayda olması məsələsi də tez-tez gündəmə gəlir.

Belə olan halda, 2 nəfərin eyni qəbirdə basdırılması daha məqsədəuyğun olmazmı?

Yaxud da eyni insanların bir qəbirdə basdırılması hansı şərtlərlə mümkün ola bilər?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli 2 nəfərin eyni qəbirdə basdırılmasının mümkünlüyünü belə izah edib.

“Əgər dünyasını dəyişənlər yaxın qohumdurlarsa və bir-birinə məhrəmdirlərsə onları eyni qəbirdə basdırmaq olar. Din buna icazə verir. Eyni zamanda qadınla qadın, ya da kişi ilə kişi eyni qəbirdə dəfn oluna bilər. Sadəcə bir məsələ var ki, qadınla kişi basdırılarkən şəriət qaydalarına riayət etmək lazımdır. Yad kişi ilə qadın dəfn oluna bilməz”

Hacı Şahin Həsənli Azərbaycanda belə hal müşahidə etmədiyini desə də, tarixdə bu cür dəfn mərasimlərinin keçirildiyini bildirib.

“Düzü 2 insanın eyni qəbirdə dəfn olunması halına rast gəlməmişəm. Hər halda, belə bir hal baş versə belə burada günah heç nə yoxdur. Dinimiz buna icazə verir. Məsələn Kərbəla şəhidlərinin bəziləri eyni qəbirdə dəfn ediliblər. Ona görə də şəriət qaydalarına tam riayət edilməklə, dünyasını dəyişənləri bu formada basdırmaq olar”.

(modern.az)


Xəbər 1492 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +