“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


04.04.2023  11:39 

Generallara iş verildi: Mövlam Şixəliyev 12 il...





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə ittiham olunan eyni nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlərə baxılıb.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda protest və şikayətlər əsassız hesab olunaraq rədd olunub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Mövlan Şixəliyev və Yasin Məmmədovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub. Orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklar müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələrindən ibarətdir.

Bundan başqa, Mövlam Şixəliyevin general rütbəsindən məhrum edilməsi ilə bağlı Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.

MTN generalı və digərləri hökmdən apellyasiya şikayəti, prokurorluq isə apellyasiya protesti verib.

Xəbər 1029 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +