Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


21.02.2024  15:13 

“Kamil Zeynallının müdafiəsi borcumuzdur”





A+  A-

“Kamil Zeynallını Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının saxlaması üçün heç bir hüquqi əsas yoxdur”.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış edib.

İ.Ağazadə qeyd edib ki, Kamil heç bir cinayət törətməyib:

“Digər tərəfdən, istinad edilən fotoya uyğun qənaət formalaşdırmaq istəyirlərsə ki, o hansısa cinayətdə iştirakçı olub, baş verən hadisə Azərbaycan ərazisində lentə alınıb, doğruluğunu təsdiq edən əlavə sübutlar yoxdur və hüquqi nəticəyə də Azərbaycan tərəfi gəlməlidir.

Rusiya Ermənistan əhalisi içərisində formalaşan antirusiya təbliğatını yumşaltmaq üçün bu tipli addımlar atır.

Həm də, bazarlıq etməyə çalışır. Son günlər ermənilərin yenidən Azərbaycan ərazisinə köçürülməsini müzakirəyə çıxaran Rusiya təzyiq yolları arayır.

Rusiya heç vaxt dostumuz olmadı, olmayacaq.

Maraqlarımızı sona kimi müdafiə etməliyik!

Hər bir vətəndaşımızın, o cümlədən Kamil Zeynallının müdafiəsi də borcumuzdur”.

Xəbər 1160 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +