Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


25.12.2018  18:36 

Beynəlxalq Bankın rəhbərliyinə yeni təyinatlar oldu





A+  A-

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Bankdan XəzərNews.az-a daxil olan məlumata görə, yığıncaqda Bankın İdarə Heyəti sədrinin təyinatı məsələsinə baxılıb.

2018-ci ilin martından bu vəzifəni müvəqqəti icra edən Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Səhmdarların Ümumi Yığıncağında bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Bundan başqa, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyət göstəricilərinə, o cümlədən 2018-ci ilin 11 ayı üzrə maliyyə nəticələrinə dair hesabata münasibət bildirilib.

Eyni zamanda, bu gün bankın Müşahidə Şurasının iclası da olub. İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Müşahidə Şurası Bankın cari il üzrə maliyyə göstəricilərinə baxıb, 2019-cu il üzrə büdcə layihəsini müzakirə edib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verib.



Xəbər 1722 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +