Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


28.11.2017  21:46 

Keçmiş qol kralının həbsi tələb edildi





A+  A-

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək 17 noyabrda saxlanılan türkiyəli keçmiş futbolçu Zəfər Biryolun həbs edilməsi tələb edilib.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesinin yaxın günlərdə keçiriləcəyi gözlənilir.

Eyni istintaq çərçivəsində saxlanılmış digər futbolçu Bəkir İrtəgün sərbəst buraxılmış, qapıçı Ömər Çatkıç isə həbs edilmişdi.

Qeyd edək ki, “Mersin İdman Yurdu”, “Bursaspor”, “Çaykur Rizespor”, “Fənərbağça” kimi klublarda oynamış 40 yaşlı Z.Biryol, 2003-2004 mövsümündə “Konyaspor”un heyətində 25 qolla qol kralı olmuşdu.

***

Məhkəmənin qərarı ilə Z.Biryol sərbəst buraxılıb. Sabiq futbolçu barəsində açılan cinayət işinin istintaqı, o azadlıqda olaraq davam etdiriləcək.

Xəbər 1675 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +