Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu


18.02.2025  12:49 

Ər-Riyad görüşü başladı - Foto





A+  A-

“ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyad görüşü başlanılıb. Dünya siyasətində perspektivləri müəyyənləşdirməyin və dağıdıcı-birləşdirici proseslərin başlanğıcı ola biləcək görüş Ukraynada müharibənin dayandırılmasına həsr olunsa da, gündəlik bununla yekunlaşmır”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Asif Nərimanlı çıxış edib.

A.Nərimanlı bildirib ki, nümayəndə heyətlərinin tərkibi də – ABŞ-dan dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkof, Rusiyadan xarici işlər naziri Sergey Lavrov, Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev – bu kontekstdə diqqət çəkir.

“Gündəlikdə Ukrayna ilə yanaşı, Yaxın Şərq də daxil olmaqla bir sıra coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi məsələlər və s. var. Ukrayna müharibəsinin dayandırılması və bu ölkə üzərindəki mövqelərin-maraqların bölüşdürülməsi hər iki tərəf üçün ümumi razılaşmada bir-birinə qarşı istifadə edəcəyi kart kimi də görünür, xüsusilə ABŞ-ın Rusiyaya qarşı bundan istifadə imkanları genişdir”, - deyə siyasi şərhçi bildirib.

Xəbər 1037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +