Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


13.08.2020  15:03 

Muharrem İncə CHP-ni sərt tənqid etdi





A+  A-

CHP-dən ayrılıb yeni partiya qurmağa hazırlaşan siyasətçi Muharrem İncə partiya daxilində ona qarşı baş verən ayrıseçkiliklərdən danışaraq sərt tənqidi fikirlər səsləndirib.
XəzərNews.az “Ensonhaber”ə istinadən xəbər verir ki, İncə seçki prosesi zamanı CHP-də ona yaxın adların siyahıdan çıxarıldığını və onun seçilməməsi üçün partiya qərargahının əlindən gələn hər şeyi etdiyini bildirib:

“Mənə yaxın adları millət vəkilliyinə namizəd vermir, televiziyaya reklamlarımı göndərmir və bu psixologiya altında mənə mitinq elətdirirlər, bununla belə dünya siyasət tarixinin ən sıx mitinqini təşkil edirik. Əhvalımı pozmaq üçün əllərindən gələni edirlər. Bilbordlara posterlərimi az asırlar, təşkilatlara maliyyə ayırmırlar, qazanmayım deyə əllərindən gələni edirlər”.

M.İncə, həmçinin yeni quracağı partiya haqqında da danışıb: “Bu gün başladığımız hərəkatın adı “Min gündə vətən hərəkatı”dır. Onun heyəti vacib insanlardan ibarətdir. Heyətimiz və sözlərimizlə qələbəyə hazırlaşırıq. Bu hərəkat öz gücünü millətimizdən alacaq. Sivas Konqresinin 4 sentyabr ildönümündə Sivasda olacağıq və ölkə hərəkatına başlayacağıq. Hərəkatımızda heç vaxt Atatürk düşmənləri olmayacaq. Hərəkat ağıl və elmə söykənəcək. İrq, dil və din ayrıseçkiliyinə qəti şəkildə qarşı çıxacağıq”.



Xəbər 1864 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +