Şabrançayda batan 2 nəfərin meyiti çıxarıldı
Bank kartlarından oğurluqlar davam edir
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video


29.11.2017  15:07 

Avropa şirkətləri elektriklə çalışan təyyarə istehsal edəcək





A+  A-

Avropanın öndə gədən 3 aviasiya və texnologiya firması birlikdə hibrid xarakterli elektrikli təyyarə istehsal etmək üçün hərəkətə keçib.
XəzərNews.az BBC-yə istinadən xəbər verir ki, Fransanın Airbus, İngiltərənin Rolls Royce və Almaniyanın Simens firmaları "E-Fan X" adını verdikləri birgə layihə çərçivəsində BAe 146 regional sərnişin təyyarəsinə 3 reaktiv mühərriklə birlikdə 1 elektrik mühərriki də əlavə edəcək.

Firmalar Avropa İttifaqının (Aİ) aviasiyadan irəli gələn karbon emissiyalarının azaldılması tələblərinə cavab vermək üçün inkişaf etdirdikləri layihə çərçivəsində 2020-ci ildə sınaq uçuşlarına başlamağı planlaşdırırılar. Təyyarəni 2025-ci ildə istismara vermək istəyirlər.


Bildirilib ki, tam elektrikli mühərriklərə keçid etmək üçün batareyalarının və onları soyutmaq üçün lazım olan avadanlığın çəkisinin çox olması səbəbilə hələ ki, aviasiyada istifadə etmək üçün kifayət qədər praktika yoxdur.

Airbus-un yüksək səviyyəli texnologiya rəhbəri Pol Eremenko "Hibrit-elektrikli motor tətbiqini aviasiyanın gələcəyi üçün məcburi bir texnologiya olaraq görürük" deyib.

Layihədə elektrik mühərriki bəsləyəcək generatorun Rolls Royce firması tərəfindən inkişaf etdiriləcəyi qeyd olunub.

Əgər sistem uğurlu olarsa təyyarəyə ikinci bir elektrikli mühərrik əlavə olunması, beləliklə, modelin yarı yarıya hibrid hala gətirilməsi planlaşdırılır.

Xəbər 1475 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?


BÜTÜN XƏBƏRLƏR +