Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.05.2020  14:56 

Daha bir rayonda icra nümayəndəsi yardımı mənimsədi - Özü və müavini saxlanıldı





A+  A-

Cəlilabad Rayon İcra Hakimiyyətinin Şiləvəngə kənd icra nümayəndəsi və müavini haqda cinayət işi başlanılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, icra nümayəndəsi Bağır Şirəliyev və müavini Rəşad Seyfullayev əhaliyə paylanması üçün nəzərdə tutulmuş ərzaq yardımını əksər hissəsini mənimsəməkdə ittiham olunur. Onlar yardımın bir hissəsini də öz qohumlarının adına rəsmiləşdirərək onlara paylayıblar.

Lakin imkansız ailələrin yardımı almamaları ilə bağlı şikayətindən sonra rayon prokurorluğunda araşdırma başlanılıb. İnzibati ərazi nümayəndəliyinə daxil olan Adanalı, Şiləvəngə və Abışabad kəndində apardıqları yoxlamalar zamanı B.Şirəliyevin ayrılmış yardımın əksər hissəsini imkansız ailələrə çatdırmadığı məlum olub. Mənimsədiyi ərzaq məhsulları isə yaşadığı evdən maddi sübut kimi götürülüb.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovun əmri ilə Bağır Şirəliyev və Rəşad Seyfullayev tutduğu vəzifədən azad olunub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Xəbər 2378 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +