Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


29.12.2023  14:38 

Sülüh müqaviləsi: Seçkidən əvvəl, yoxsa sonra...





A+  A-

“Seçkilər həm danışıqlar prosesinə, həm də sazişin imzalanmasına heç bir təsir göstərməyəcək. Çünki Azərbaycanın mövqeyi kifayət qədər prinsipial və qətidir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

O, sülh müqaviləsinin 2024-cü ildə imzalanacağı ilə bağlı ehtimalları şərh edib.

Xatırladaq ki, nüfuzlu “The Guardian” nəşrinin bununla bağlı yayımlanan məqaləsində bildirilib ki, iki ölkə münasibətləri normallaşdırmaq və sərhədləri qarşılıqlı tanımaqla sülh sazişinin imzalanması barədə danışıqları sürətləndirib.

Məqalənin müəllifi Patrik Vinturun, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu günlərdə Sankt-Peterburqda görüşdüklərini xatırladıb.

Qeyd edilib ki, Azərbaycanın rəsmi şəxsləri ölkənin çoxillik münaqişəyə son qoymaq üçün Ermənistanla sülh sazişinin imzalanmasına yaxın olduğunu bəyan ediblər.

F. Sadıxovun fikrincə, Ermənistandan fərqli olaraq, Azərbaycan bu məsələdə mövqeyini dəyişmir:

“Əvvəlcədən demişik ki, regionda sülh və əmin-amanlığın yaranması tərəfdarıyıq, ona görə də bu istiqamətdə əlimizdən gələni edəcəyik ki, bütün addımlar bu yöndə getsin. Sülh sazişinin seçkilərlə əlaqələndirməni düzgün hesab etmirəm. Axı nə dəyişə bilər?!”

Analitikin sözlərinə görə, Azərbaycanın əsas məqsədi Ermənistanla normal münasibətlər yaranması, bir sıra problemli məsələləri həlli və kommunikasiyaların açılmasına nail olmaqdır:

“Ermənistan buna maneələr törədir. Əminəm ki, 2024-cü ildə rəsmi Bakı bu istiqamətdə müəyyən addımlar atılacaq. Öz maraqlarımız kontekstində rəsmi İrəvanın maraqlarını da nəzərə alaraq, rutin işimizi həyata keçirməliyik. Əsas odur ki, sülh və əmin-amanlıq bölgədə hökm sürsün.

Sazişin nə zaman imzalanmasına gəldikdə isə bunu indidən proqnoz etmək çox çətindir. Çünki hazırda elə bir turbulent və mürəkkəb şəraitdə yaşayırıq ki, hansısa tarix demək çox çətindir”.

Xəbər 1897 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +