Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


10.08.2021  21:16 

Qəzalarda ölənlərin sayı açıqlandı





A+  A-

Bu ilin yanvar-iyun aylarında 756 yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azdır.

Qeyd edilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq, 988 nəfər təşkil edib. Onlardan 290-ı həlak olub, 698-i isə yaralanıb.

Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq, 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 40,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,7 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 10 nəfər yaralanıb. Hadisələrin 81,8 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.



Xəbər 2027 dəfə oxunub.



15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +