Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


10.03.2021  09:38 

İranın vitse-prezidenti həbs edildi





A+  A-

İranın vitse-prezidenti İsa Kələntəri İran İslam İnqilabının lideri Ayətullah Ruhulla Xomeynini təhqir etdiyinə görə 4 ay müddətinə azadlıqdan məhrum edilib.
XəzərNews.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin Kələntərini iki il müddətinə siyasətdən kənarlaşdırmaq qərarına gəlib.

Bundan başqa, vitse-prezident həqiqəti əks etdirməyən və ictimaiyyəti çaşdıran bəyanatlarına görə 4 milyon tümən (təxminən 164 dollar) məbləğində cərimə ödəməli olacaq.

Qeyd edək ki, 2020-ci ilin noyabrında qəzetlərin birində Kələntərinin müsahibəsi dərc olunmuşdu. “Xomeyni (inqilaba qədər) ABŞ-la görüşlər keçirmişdimi?” sualına vitse-prezident belə cavab vermişdi: “Bilmirəm. Xəbərim yoxdur. Amma deyə bilərəm ki, Xomeyni ABŞ üçün xeyirsiz övladdır. Vaşinqton İranda şah rejimini dəstəkləməkdən imtina etdi və Xomeyni bu vəziyyətdən istifadə etdi”.

Xəbər 1941 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +