Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də
Ermənistan dezinformasiya yayıb - Rəsmi
Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır


18.10.2018  14:23 

25 mindən çox müəllimin biliyi yoxlanılacaq





A+  A-

Cari ildə bu günündək 6 074 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib. İlin sonunadək daha 25 182 nəfərin qiymətləndirilməsi planlaşdırılır.
XəzərNews.az-ın məlumatına görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Namiq Nağıyev "Təhsil işçilərinin əlavə təhsilində yeniliklər" mövzusunda keçirilən seminarda çıxış edərkən deyib.

N.Nağıyev bildirib ki, 2015-ci ildən bu günədək ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı 14,5 dəfə artıb.

Onun sözlərinə görə, 24 min müəllim dövlət nümunəvi sertifikat alıb.

N.Nağıyev vurğulayıb ki, 2015-ci ildə İTE (1755), ƏTM (284), GDU (123) kimi əlavə təhsil müəssisələrinin sifarişləri əsasında ümumilikdə 2 162 nəfər müdavim ixtisasartırma təlimlərinə cəlb olunub, Bakı şəhərində 2 039 və digər regionlarda 123 nəfərin yekun qiymətləndirmədə iştirakı təmin edilib:

"2016-cı ildə ixtisas sahəsi və innovasiyalar üzrə ixtisasartırma təlimlərində iştirak edən müəllimlərin sayı artaraq Bakı şəhəri üzrə 3 264, regionlarda isə 6 191 olmaqla ümumilikdə 9 755 nəfərə çatıb. 2017-ci ildə Bakı şəhəri üzrə rəqəmlər 3 061, digər bölgələr üzrə 8 595 nəfərə çatıb".

Xəbər 1526 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +