Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


23.05.2018  11:57 

Prezidentin sərəncamından sui- istifadə - Xocavənd DSMF-nin müdiri “rüşvəti salam əvəzinə alır”..





A+  A-

DSMF-nin Xocavənd rayon şöbəsinin müdiri prezidentin sərəncamından sui- istifadə edərək cibini doldurmaqla məşğuldur
XəzərNews.az Milliyol.az-a istinadən xəbər verir ki, Elxan Bayramovun sayəsində Xocavəndin sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.

Xocavənddən daxil olan məlumata görə rayon DSMF-nin rayon şöbəsinin müdiri Elxam Bayramov qurumda əməlli başlı “bazar” açıb. Bu bazar isə əsasən pensiya bazarından ibarətdir.

Saytımıza daxil olan məlumata görə hazırda Xocavənd rayonunda saxta yolla pensiyaya çıxmaq və yaxud pensiya müavinatını artırmaq çox asan bir məsələyə çevrilib. Məhz Elxan Bayramovun sayəsində Xocavəndin sakinlərinin xeyli hissəsi “əlillə”, “təqaüdçüyə” çevrilib. Təbii ki, bu elə-belə, yəni havayla-suyla olmayıb, rüşvətlə olub.
Saytımıza daxil olan məlumatda vurğulanır ki, prezident İlham Əliyevin ölkə vətəndaşlarının əməkhaqqlarının qaldırılması üçün verdiyi sərəncam Elxan Bayramovun işinə yarıyıb. Belə ki, idarə müdiri ki, büdcə təşkilatlarının işçilərindən rüşvət alaraq onların əmək haqqlarını qaldırmaqla yaxşıq azanc əldə edir.

Xocavənd sakinləri iddia edirlər ki, Elxan Bayramov hər bir işçidən minumum 200 manat rüşvət alıb. Həyata keçirtdiyi saxta işlər sayəsində Elxan Bayramov xeyli-sayda mal-mülk əldə etdiyi deyilir.

Araşdırmamız davam edir və mövzunu davam etdirəcəyik…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər 2037 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +