Ədalət Verdiyevə bəraət verildi
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı
Bəxtiyar Hacıyevin şikayəti təmin olunmayıb
Fürsətcilin ÖZÜNÜİFŞASI


23.11.2022  17:00 

Tövbə namazı necə qılınır?





A+  A-

Dua kitablarında zilqədə ayının bazar günündə qılınması müstəhəb olan bir namaz qeyd edilir. Bu namaz günahların bağışlanması üçün çox faydalıdır.

Bəzi mənbələrdə bunu “tövbə namazı” da adlandırmışlar. Tövbə namazı 4 rükətdən ibarətdir və iki qoşa rükətlik namaz şəklində qılınır.

Hər rükətdə “Fatihə” surəsindən sonra üç dəfə “İxlas”, bir dəfə “Fələq” və bir dəfə “Nas” surələri qiraət edilir. Namaz başa çatandan sonra yetmiş dəfə istiğfar edilir, ardınca bu zikr deyilir:

“La hovlə və la qüvvətə illa billahil-Əliyyil-Əzim”. (“Çox uca və çox əzəmətli Allahdan savayı heç kimdə güc və qüvvət yoxdur”).

Axırda isə bu şəkildə dua edilir: “Ya Əzizü ya Ğəffar. İğfir-li zünubi və zünubə cəmiil-mumininə vəl-muminat. Fəinnəhu la yəğfirüz-zünubə illa ənt”. (“Ey izzət sahibi, ey bağışlayan (Allah)! Mənim günahlarımı, bütün mömin kişi və qadınların günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz (heç kimdə bu səlahiyyət yoxdur)”.

Bu namazı merac gecəsində Peyğəmbərə (s) vəhy mələyi Cəbrayıl (ə) öyrətmişdi (Seyyid ibn Tavus. İqbal əl-əmal, səh. 614).

XəzərNews.az

Xəbər 6314 dəfə oxunub.



07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +