06.07.2021 10:07
Rusiyada sərnişin təyyarəsi radarlardan itdi - Yenilənir
Rusiyada “An-26” tipli sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka əyaləti üzrə Baş idarəsinin Mətbuat xidməti yayıb.
Məlumata əsasən, 6 iyul tarixində Petropavlovsk-Kamçatka-Palana reysi üzrə sərnişin daşıyan “An-26” təyyarəsi plan üzrə nəzərdə tutulan vaxtda əlaqə yaratmayıb.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 1 uşaq, 6 heyət üzvü də daxil olmaqla 22 sərnişin var.
Petropavlovsk-Kamçatska ərazisindən və Ossora qəsəbəsindən regional axtarış-xilasetmə bazasının xilasediciləri təyyarənin axtarışına başlayıb. FHN-in Kamçatka əyaləti üzrə axtarış-xilasetmə qrupları da axtarışlara qoşulub.
Həmçinin qeyd olunur ki, tələb olunarsa, axtarışlar zamanı “Mi-8” vertolyotu və “İl-38” hərbi təyyarələrindən də istifadə olunacaq.
***
TASS agentliyi xəbər verir ki, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 23 sərnişin olmaqla 29 nəfər olub.
***
Əyalətlərin rəsmi qurumları əvvəl verilən məlumatdan fərqli olaraq bildirirlər ki, təyyarənin göyərtəsində 6 heyət üzvü və 21 sərnişin var. Sərnişinlərdən ikisi 12 yaşına qədər uşaqlardır.
***
“İnterfaks”ın verdiyi məlumata görə, Palana qəsəbəsi şəhər dairəsinin rəhbəri Olqa Moxireva da təyyarədə sərnişinlər sırasındadır.
***
Axtarış-xilasetmə qrupları hazırda təyyarəni həm quruda, həm də dənizdə axtarırlar.
***
Mənbələrdən “İnterfaks”a verilən məlumatlara görə, təyyarənin ya Oxot dənizinə, ya da Palana yaxınlığında kömür mədəninin ərazisinə düşmə ehtimalı var.
***
Təhlükəsizlik qaydalarının pozulmasına görə faktla bağlı cinayət işi başladılıb.
***
Rusiya Hava Nəqliyyatı Federal agentliyinin (“Rosaviasiya”) məlumatına görə, Kamçatkada radarlardan itmiş “An-26” təyyarəsi dumanlı və buludlu hava şəraitində enişə hazırlaşıb.
Onunla əlaqə təxmin edilən eniş vaxtından təqribən 10 dəqiqə əvvəl kəsilib. Belə ki, ekipaj enişi Moskva vaxtı ilə saat 05:50-də həyata keçirməli idi.
***
Təyyarənin məxsus olduğu “Kaçmatka” aviaşirkətinin icraçı direktoru Aleksey Xrabrov bildirib ki, “An-26” texniki cəhətdən qaydasında olub.
Xəbər 2207 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|