Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


09.04.2025  18:25 

Ruslar 8 deputata qarşı terror hazırlayıbmış - Foto





A+  A-

Ukrayna Təhlükəsizlik Xidmətinin Xmelnitski vilayəti üzrə əks-kəşfiyyat xidməti Kamyanets-Podilski şəhər şurasının 8 deputatına qarşı terror aktları hazırlamaqda şübhəli bilinən kişi və qadını saxlayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının mətbuat xidməti aprelin 9-da Telegram-da məlumat yayıb.

İş materiallarına görə, 24 yaşlı yerli narkotik aludəçisi və onun 57 yaşlı ortağı əldəqayırma partlayıcı qurğular hazırlamalı, sonra onları potensial qurbanların avtomobillərinin altına qoymalı və işə salmalı idilər.

“Ruslar bu yolla regionda ictimai-siyasi vəziyyəti pozmağı və yerli sakinlər arasında panika yaratmağı planlaşdırıblar”, - məlumatda deyilir.

Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları şübhəliləri şəhərin mərkəzində kirayə götürdükləri mənzildə partlayıcı hazırlama mərhələsində saxlayıblar.

Şübhəli şəxs Telegram kanallarında pul axtararkən rus kəşfiyyatçı tərəfindən işə götürülüb. Ukrayna hüquq-mühafizə orqanları iddia edir ki, rus ona "sınaq" tapşırığı verib - bölgədəki kənd sovetlərinin üç inzibati binasını yandırmağı tapşırıb.



Xəbər 1867 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +