Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


10.07.2021  10:08 

Əfqanıstan həbsxanalarındakı ruslarla bağlı açıqlama





A+  A-

“Əfqanıstan həbsxanalarında saxlanılan şəxslər arasında Rusiya vətəndaşları da var”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hamdulla Mohib “Rossiya 24” telekanalının efirində açıqlayıb.

O bildirib ki, Əfqanıstan Rusiyadan hər hansı bir xüsusi dəstək gözləmir. Lakin H. Mohib hazırkı təhlükə barədə ortaq bir anlayışın olması arzusunu da dilə gətirib.

Əfqanıstan rəsmisi, həmçinin qeyd edib ki, həbsxanalarda Rusiya ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin də vətəndaşları var.

“Bu insanların hansı səbəbdən döyüşməyə getdiyini və gələcəkdə bunun qarşısını necə almağı anlamağınız vacibdir”, - deyə o əlavə edib.

Bununla belə, Mohib Rusiya vətəndaşlarının ölkə həbsxanalarına necə düşməklərinin detallarını açıqlamayıb. Həmçinin, bu şəxslərin Əfqanıstan ərazisində fəaliyyət göstərən ektremist qruplarla bir əlaqəsinin olub-olmadığı da bəlli deyil.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan Rusiya, Çin və Hindistanı terrorizm ilə mübarizədə kömək göstərməyə çağırmışdı.



Xəbər 1767 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +