Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


02.03.2019  11:36 

Damlanın “Youtube” kanalını sildilər





A+  A-

Müğənni Damlanın başına iş gəlib.
XəzərNews.az xəbər verir ki, ötən gün ifaçının ümumi baxış sayı 35 milyondan çox olan “Youtube” kanalına haker hücumu olub.

Bu barədə instaqramda məlumat verən Damla hesabının silindiyini qeyd edib:“Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də "Youtube" kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? "Çamadan" mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız.

Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanalı silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar. Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hackerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız, Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək”.

Qeyd edək ki, sənətçinin bir neçə gün bundan əvvəl təqdim etdiyi “Çamadan” klipi yüksək baxış toplayaraq trenddə ikinci olmuşdu.

Xəbər 1220 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +