Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


22.01.2018  09:07 

Bakıdan Hindistana birbaşa reys olacaq?





A+  A-

“Hindistanla Azərbaycan arasında birbaşa reyslərin açılması iki ölkə arasında iş adamları və turist axınını əhəmiyyətli şəkildə artıracaq”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Hindistanın Bakıdakı səfiri Sancay Rana deyib. Onun sözlərinə görə, birbaşa reyslər turizm və tibb xidmətləri sahəsində biznes üçün yeni imkanlar yaradacaq: "Getdikcə daha çox Hindistan vətəndaşı xarici ölkələrə gedir. Hindistanlı turistlər adətən yeni yerlərə getməyi xoşlayır. Azərbaycan, xüsusilə də, Bakı yeni turizm mərkəzi kimi populyarlıq qazanır".

Səfir hesab edir ki, ötən il işə düşmüş ASAN Viza xidməti turizm üçün mühüm bonus hesab olunur: "Mən Bakıda hər dəfə İçərişəhərdə, Fəvvarələr meydanında və ya Atəşgahda olanda çoxlu hindistanlı turist görürəm. Bakıdan kənarda – Qəbələ, Şəki, Şahdağ kimi bölgələr də populyardır. Bakı ilə Hindistanın şəhərləri arasında birbaşa reyslərin olmaması ölkələrimiz arasında turizmin inkişafını məhdudlaşdırır. Bu cür reyslər açılarsa, biz Azərbaycana daha çox hindistanlı turistin gəlməsinin şahidi olarıq".

Diplomat həmçinin qeyd edib ki, Azərbaycandan Hindistana turizmin təşviqi bizim üçün prioritetdir: "Bizim turizm şirkətləri burada səyahət sərgilərində iştirak edir və yerli səyahət şirkətləri ilə danışıqlar aparırlar. Onlar birgə Azərbaycan turistlərinin tələblərinə və zövqlərinə cavab verən səyahət paketləri hazırlayıblar. Hindistanda bütün zövqlərə uyğun gələn turistik yerlər var. Tarixi abidələrimiz, zəngin mədəni irsimiz, ünsiyyətcil insanlarımız və gözəl mətbəximiz var. Hindistan həmçinin, dünya səviyyəli xidmətlər təklif edən tibb müəssisələrinə malik olduğu üçün tibbi turizm üçün çox populyar bir yerdir. Biz Hindistan turizm şirkətlərinin daha çox nümayəndə heyətini Azərbaycana səfərlərini təşkil edərək, onları yerli turizm şirkətləri ilə bir araya gətirməyə ümid edirik".

Xəbər 1575 dəfə oxunub.




13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +