Əvəz Zeynallı ağır xəstədir: Xərçəng qara ciyərinə yayılıb
İşbazlar da Həccə adam aparır - AÇIQLAMA
Ölkədə faktiki hava açıqlandı
Hizbullah “silaha” əlvida deyir?
Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA


08.02.2025  19:06 

Qarabağda yeni milli park yaradılır





A+  A-

"İşğaldan azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb. Həmin milli park Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edəcək".

XəzərNews.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva jurnalistlərə müsahibəsində deyib.

“Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və onun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. On milli parkla kifayətlənmirik. Ölkə ərazisində yeni milli parkların yaradılması ilə bağlı tədqiqatlar aparılır. Bunun nəticəsidir ki, iki yeni milli parkın yaradılması istiqamətində artıq bir çox işlər həyata keçirilib. Bunlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında İlisu Milli Parkının yaradılması, digər layihə isə Axar-Baxar dağ silsiləsi, Alazan çayı vadisində Axar-Baxar Milli Parkının yaradılmasıdır. Həmçinin işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparılır və orada da milli parkın yaradılması istiqamətində işlərə başlanılıb. Nəinki milli parklar, həmçinin digər kateqoriyalı təbiət ərazilərinin yaradılması ilə bağlı işlərimiz var. Zaqatala qoruğunun nəzdində Zaqatala Biosfer Rezervatının yaradılması, həmçinin palçıq vulkanları kimi unikal təbiət komplekslərinin mühafizəsi məqsədilə məhz Bakı və Abşeron yarımadasında Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması yaxın gələcəkdə həyata keçirəcəyimiz layihələrdən biridir.

Eyni zamanda, mühafizə olunan ərazilərdən kənar ərazilərdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin mühafizəsi məqsədilə ötən ildən etibarən Bakı və Bakıətrafı ərazilərdə 10 mikrorezervat yaradılıb. Burada məhz “Qırmızı kitab”a düşmüş və sayı kritik həddə azalmaqda olan bitki növləri qorunur”, - A.Babayeva qeyd edib.

Xəbər 2120 dəfə oxunub.



13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +