Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


08.11.2018  12:32 

Messi və atası çirkli pulların yuyulmasında günahlandırılır





A+  A-

“Barselona”nın futbolçusu Lionel Messi ilə atası Xorxenin adı növbəti dəfə qalmaqalda hallanıb.
XəzərNews.az xəbər verir ki, ailə bu dəfə “çirkli pulların yuyulmasında” günahlandırılır.

Məlumata görə, argentinalı prokuror Pablo Turano 31 yaşlı futbolçuya məxsus “Leo Messi” xeyriyyə fondunun fəaliyyətinin yoxlanılmasını tələb edib. Onun iddiasına görə, fonda daxil olan ianəələrdən əldə olunan vəsait dünyanın müxtəlif ölkələrindəki ofşor hesablara köçürülüb.

Ailənin qanunsuz fəaliyyətə 2012-14-cü illərdə İspaniya və Argentinada əl atdığı bildirilir. Turano ailəyə fondun sabiq əməkdaşının ifadəsi əsasında ittiham irəli sürüb. Adı açıqlanmayan həmin şəxsin bildirdiyinə görə, fonda daxil olan pulların hamısı heç də sosial layihələrin həyata keçirilməsi üçün istifadə olunmayıb.

Qeyd edək ki, Lionel Messi ilə atası bir müddət əvvəl vergidən yayındıqları üçün məsuliyyətə cəlb edilmişdilər.

Xəbər 1677 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +