İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


01.02.2017  18:17 

Nazirlik Təfəkkür Universitetinin fəaliyyətinin bərpası ilə bağlı fikirlərə münasibət bildirdi





A+  A-


Təhsil Nazirliyindən Təfəkkür Universitetinin fəaliyyətinin bərpa olunacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirilib.

XəzərNews.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov APA-ya açıqlamasında bildirib ki, Təfəkkür Universitetinin təsisçisi ötən il maliyyə çətinlikləri ilə bağlı qərar qəbul edərək nazirliyə müraciət edib.

Onun sözlərinə görə, həmin müraciət əsasında nazirlik tərəfindən hazırda müvafiq tədbirlər görülür: “Əgər təsisçi özəl ali təhsil müəssisəsinin bağlanması ilə bağlı qərar qəbul edirsə, burada təhsil alan tələbələrin təhsil hüquqlarının qorunması Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik də Azərbaycan vətəndaşlarının təhsil hüququnu qoruyaraq onların təhsili davam etdirməsi üçün zəruri tədbirlərin hamısını yerinə yetirməlidir və yerinə yetirir. Təfəkkür Universitetində təhsil alan tələbələrin digər ali məktəblərə köçürülməsinə yay tətilindən sonra başlanılacaq. Tələbələr cari tədris ilinin sonunadək təhsillərini davam etdirəcəklər”.



Xəbər 1886 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +