Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


01.02.2021  14:43 

Anna Akopyan ABŞ-da qəzəblə qarşılandı, başını qaldıra bilmədi - Video





A+  A-

ABŞ-a səfər etdiyi məlum olan Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Los-Anceles hava limanında ermənilər tərəfindən qəzəblə qarşılanıb.
XəzərNews.az xəbər verir ki, erməni diasporunun nümayəndələri Akopyanı həyat yoldaşını vətənə xəyanətdə günahlandıran plakatlarla qarşılayıblar. Bu barədə Ermənistandakı erməni diasporunun nümayəndəsi Robert Marqaryan internetdə yayımladığı videoda məlumat verib.

“Sputnik Ermənistan” Akopyanın doğum günündə ABŞ-a hansı məqsədlə səfər etdiyini öyrənməyə çalışsa da, onun köməkçiləri Ester Sahakyan və Alina Karapetyan zənglərə cavab verməyiblər.

“Ali xainin xanımı. Onu belə bir plakatla qarşılayıblar. O, başını aşağı salıb, qızarmış vəziyyətdə yoluna davam edib. Bilməlidirlər ki, getdikləri hər yerdə insanlar oxşar yazılar olan plakatlarla onları gözləyəcək”,- deyə Marqaryan qeyd edib.

Bundan əvvəl teleqram kanallarında Akopyan qızı ilə birlikdə başı aşağı vəziyyətdə mühafizəçilərinin müşayiəti ilə hava limanından necə çıxdığını göstərən bir video yayılmışdı.

Eyni zamanda, Daşnaksütyun Komitəsi Akopyanın ABŞ-a səfərini təqdir etmədiyini bildirən bir açıqlama yayıb. Bəyanatda onun Baş nazir Paşinyanın uğursuz diplomatiyasının, Azərbaycanla münasibətlərdə qorxaq davranışının, müxalifətə qarşı repressiv hərəkətlərin və cəmiyyətdəki parçalanmanın təmsilçisi olduğu vurğulanıb.





Xəbər 4965 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +