Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


15.12.2020  19:07 

Ermənistanın keçmiş baş naziri hökuməti istefaya çağırdı





A+  A-

Ermənistanın sabiq baş naziri, İrəvanın keçmiş meri Karen Karapetyan Nikol Paşinyan hökumətini istefaya çağırıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o açıqlamasında Ermənistan rəhbərliyinin dərin mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial böhran içində olduğunu bildirib.

“İnanıram ki, hakimiyyəti nəticəsində bu böhranı yaradan hökumət ölkənin inkişaf imkanlarını və daha da iqtidarda qalacağı təqdirdə millətin potensialından istifadə etmə imkanlarını məhdudlaşdıracaq”,- deyə Karapetyan qeyd edib.

Onun sözlərinə görə, bir tərəfdən Azərbaycanın uğurlarını möhkəmləndirməyə yönəlmiş ardıcıl siyasət, digər tərəfdən Ermənistanı gözləyən çətinliklər nəzərə alındıqda, bu böhran hər yeni gün ölkəyə və xalqa ziyan vurmağa davam edəcək.

“Bu taleyüklü məqam səlahiyyətlilər üçün ən vacib sınaqdır. Onlar dar siyasi maraqlardan yuxarıda durmağa, yüksək dərəcədə şüur ​​nümayiş etdirməyə, ölkənin sakitləşməsinə imkan verməyə və siyasi qüvvələrin keçdikləri yolu yenidən düşünüb gələcəyə baxışlarını formalaşdırmasına imkan verməyə hazır olduqlarını göstərməlidirlər”,- deyə Karapetyan əlavə edib.



Xəbər 1986 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +