Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


29.04.2023  09:53 

Babayan: “Əslində dəhliz anlayışı artıq mövcud deyil”





A+  A-

“Ekofəalların” aksiyasının dayandırılması Laçın dəhlizində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə bağlıdır, lakin bu, vəziyyəti dəyişməyəcək”.

XəzərNews.az Musavat.com-a istinadla bildirir ki, bunu Qarabağdakı terrorçu rejimin başçısının oyuncaq “müşavir”i David Babayan Ermənistan mediasına bildirib.

D.Babayan iddia edib ki, ekolojifəallar iki əsas məqsədə nail olublar: “Birinci, artsaxın qarşısını kəsib Laçın dəhlizini “qapı”ya çevirdilər. Azərbaycan həm Rusiyaya, həm də beynəlxalq aləmə ciddi zərbə vurdu, dəhlizi hər an bağlaya bilər. Bu dəhlizin nəyə çevrildiyini anlamaq istəyirik. Deyirlər ki, Rusiya tərəfi Azərbaycan tərəfi ilə danışıqları davam etdirir. Mən dəqiq deyə bilmirəm. Buna yuxarıda qərar verilir, problem köhnə və ya yeni komandirlərdə deyil”.

Sayıqlamalarını davam etdirən separatçı deyib: “Bizim aydınlaşdırmalı çoxlu suallarımız var. Heç bir sənəddə, hətta 2020-ci ilin bəyanatında belə deyilmir ki, dəhliz “qapı”ya çevrilsin, keçid məntəqəsi quraşdırılsın”. Babayan etiraf edib ki, əslində dəhliz anlayışı artıq mövcud deyil. “Əgər belədirsə, o zaman sual verməliyik: niyə belə siyasət aparırsız?”, - deyə Babayan daha sonra deyib.



Xəbər 1063 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +