Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


07.11.2022  10:17 

Keçmiş məhkumdan silah tapıldı





A+  A-

Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Meşəşambul kənd sakini Ramazan Əhmədilov tutulub.

XəzərNews.az xəbər verir ki, şəxsi axtarış zamanı ondan tapança, həmin silaha aid sandıqça və patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin tapançanı bir il yarım əvvəl tapdığını və daha sonra yaşadığı evin həyətində torpağa basdıraraq gizlətdiyini etiraf edib. R.Əhmədilov odlu silahı gizlətdiyi yerdən çıxarıb üzərində daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1041 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +