Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


25.11.2021  14:44 

“Bir gecəyə məşhur oldum“ - İzzət danışdı və ağladı - Video





A+  A-

"Vaxtilə dostlarım var idi, telefonum partlayırdı. Başıma gələn həmin hadisədən sonra bulvara getdim və telefonu atdım dənizə. Həmin gündən dostlarım bitdi".

XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Söz baz" proqramında deyib. Sənətçi dostlarından gileylənib. O bildirib ki, indi ancaq oğulları ilə dostluq edir:

"Oğullarımla dostluq edirəm. Pul indi hər şeyi həll edir. Əfsuslar olsun ki, indi elədir. Deyirəm, sizi çox istəyərım, siz də mənim qədrimi bilin (kövrəlir). Bilin ki, sizi istədiyim yerə çatdıırm. Ora çıxın, sonra canım fəda".

İzzət yaşadığı peşmançılıqdan danışıb:

"Mən efirdən toya getmişəm. Neçə illər konsertlərlə dolanmışam. Sonradan toya getdim, məcburiyyətdən. İstəyirsən artırasan, konsertlə olmur. Uzaqda qalırdım, Yeni Günəşlidə yaşayırdım. Oradan avtobusla gəlirdim, metroya. Ordan da gəlirdim İçərişəhər metrostansiyasına. Qışda şərf bağlayırdım, tanımırdılar. Yayda mümkün olmurdu. Hamı gəlirdi şəkil çəkdirməyə, utanırdım. Bəzən peşmanam, 15 yaşında nə bilirdim ulduz nədir? Amma bir gecəyə məşhur oldum".



Xəbər 1900 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +