Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


09.10.2021  21:37 

Şəhid atasına hörmətsizlik edən həkim üzr istədi





A+  A-

Gədəbəy Rayon Mərkəzi Xəstəxanası şəhid atasına qarşı zorakılıq iddiaları ilə bağlı açıqlama yayıb.

XəzərNews oxu.az-a istinadən xəbər verir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edən Əmirxan Aslanov bildirib ki, həkimlə vətəndaş arasında kiçik anlaşılmazlıq olub: “Burada hər hansı təhqirdən və ya davadan söhbət gedə bilməz. Bununla bağlı vətəndaş qəbul olunub, üzr istənilib. Həkimə isə xəbərdarlıq edilib”.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailəsinə qarşı zorakılıq iddiaları ilə bağlı videoçarx yayılıb.

Videoşikayətdə zorakılığa məruz qaldığını iddia edən şəhid atası danışıb. Gədəbəy rayonunun Novoivanovka kənd sakini, şəhid Bayram Qasımovun atası Arzu Bayramov iddia edir ki, sənəd məsələsi ilə bağlı müraciət etdiyi Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında təhqir edilib:

“Ayın 6-da Gədəbəy rayon mərkəzi xəstəxanasına sənədlə bağlı müraciət etdim. Orada kabinetlərdən birinin qarşısında bir saat gözlədim. Qapı açılmadığı üçün qapını döydüm. Qapını Bayram adlı həkim açdı. Qapıdan girəndə məni kobud qarşıladı və sinəmdən itələdi. Şəhid atasıyam deyib, vəsiqəni göstərdim. Mənə dedi ki, “Onu mənə niyə göstərirsən? Mən nə edim şəhid atasısan? Mənim özüm də qaziyəm, çıx cəhənnəm ol burdan”.

Baş həkimi əvəz edən Əmirxan həkimin yanına getdim və vəziyyəti dedim. O da Bayram həkimi çağırdı ki, məndən üzr istəsin. Bayram həkim otağa gəldi və hətta onun yanında başladı məni təhqir etməyə. Əmirxan həkimin otağında əlbəyaxa dava oldu, kənd sakinləri bizi ayırdı. Onlar şəhid ailəsinə hörmət qoymurlarsa, digər vətəndaşlarla necə davranırlar? Xahiş edirəm bununla bağlı tədbir görülsün”.


Xəbər 1944 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +