Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.04.2021  18:25 

Bir sıra ölkələr Myanma vətəndaş hökumətini tanımağa hazırdır





A+  A-

Bir sıra ölkələr Myanmanın hərbi xuntaya qarşı çıxanların formalaşdırdığı vətəndaş hökumətini tanımağa hazırdır.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Razılıq Hökumətinin nazirlərindən biri Luin Ko Latt keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələr milli birlik hökumətini Asiya ölkəsinin qanuni hakimiyyəti kimi tanımağa hazırlaşır. “Biz bir sıra Qərb ölkələrindən və Yaxın Şərq dövlətlərindən müsbət rəylər almışıq”, - Latt deyib.

Daha əvvəl Myanmada hərbi çevrilişə qarşı yaradılmış İttifaq Assambleyasının Nümayəndələr Komitəsi (CRPH) vətəndaş hökumətinin formalaşdırıldığını bəyan edib.

Qeyd edək ki, Myanmada hərbi xunta və legitim hökumət üzvlərinin həbsinə qarşı etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həlak olanların sayı 728-ə çatıb.



Xəbər 1985 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +