Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.04.2021  09:45 

Makron, Merkel və Zelenskidən Rusiyaya çağırış





A+  A-

Almaniya Federal Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski üçtərəfli danışıqlarda Rusiyanı Ukrayna ilə sərhəddə qoşunlarının artırılmasını dayandırmağa çağırıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Zaybert bildirib.

Söhbət Zelenskinin Parisə səfəri zamanı baş tutub, Merkel videobağlantı vasitəsilə danışıqlarda iştirak edib.

“Federal Kansler, Prezident Makron və Prezident Zelenski xüsusilə Ukrayna-Rusiya sərhədində, eləcə də Ukraynanın şərqində təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər. Onlar Ukrayna ilə sərhəddə Rusiyanın hərbi mövcudluğunun artmasından, həmçinin qeyri-leqal şəkildə ilhaq edilən Krımla bağlı narahatlığını bölüşürlər. Onlar vəziyyətin deeskalasiyasına nail olmaq üçün bu hərbi qüvvənin dayandırılmasını tələb ediblər”, - Zaybert jurnalistlərə bildirib.

Merkel və Makron, həmçinin Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. “Onlar Minsk razılaşmalarının hər iki tərəfdən tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar və bəyan ediblər ki, Almaniya və Fransa “Normand formatı”nda öz səylərini davam etdirəcəklər”, - Zaybert əlavə edib.

Xəbər 2062 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +