Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


16.11.2020  13:43 

Paşinyan ABŞ və Rusiyaya 5-6 dəfə zəng etdiyini etiraf etdi





A+  A-

Ermənistanın Baş naziri ABŞ rəsmiləri ilə bir neçə dəfə danışdığını və müharibə dövründə kimlərlə daim təmasda olduğunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu gün keçirdiyi onlayn mətbuat konfransı zamanı “Sputnik Ermənistan”ın sualını cavablandıran Paşinyan ABŞ-a döyüş əməliyyatları dövründə bir ay ərzində beş dəfə zəng etdiyini bildirib.

Paşinyan qeyd edib ki, sözügedən dövrdə ABŞ Prezidentinin müşaviri Robert O`Brayenlə iki, dövlət katibi Mayk Pompeo ilə üç dəfə telefonla danışıb. Üstəlik, ilk söhbət istisna olmaqla əsasən Amerikanın sülh təşəbbüsünün müzakirə olunduğunu bildirib.

Paşinyan Qarabağ məsələsində Rusiyanın təkliflərini ABŞ tərəfi ilə müzakirə etmədiyini vurğulayıb.

“Rusiyanın təklifləri ABŞ tərəfi ilə ümumiyyətlə müzakirə edilməyib. Rusiya Prezidenti ilə davamlı təmasda olduğumuz vaxtlarda gün ərzində 5-6 dəfə zəng etdiyimiz olub”,- deyə Paşinyan qeyd edib.

Xəbər 2185 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +