Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


28.12.2019  12:20 

Azərbaycanda polis özünü yandırmağa cəhd etdi





A+  A-

Daxili İşlər Nazirliyi Salyan rayonunda polis əməkdaşının özünü yandırmağa cəhd etməsinin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Modernaz-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

Xidmət rəisi qeyd edib ki, polis əməkdaşının özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb: "Əllərindən yüngül xəsarətlər alıb və Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Hadisənin hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq".

Xatırladaq ki, Salyan rayonunun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üstünə alışdırıcı maddə tökərək özünü yandırmağa cəhd edib.

Xəbər 2146 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +