Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


09.04.2019  17:23 

Daha bir məktəbdə faciə - Bir şagird ölüb, ikisi isə...





A+  A-

Bakıda daha bir məktəblinin faciəvi ölümü ilə bağlı məlumat yayılıb.
XəzərNews.az xəbər verir ki, hadisə fevralın 21-də 123 nömrəli məktəbdə baş versə də, ictimaiyyətə bu gün bəlli olub. Belə ki, məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.

Sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək İlkinin özünü pis hiss etdiyini xəbər veriblər. Onlar İlkinin əvvəlcə stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti hadisə yerinə gedərək şagirdin vəziyyətinin kritik olduğunu görüblər.

Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün xəstəxanada qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib.

123 nömrəli məktəbdən "Qafqazinfo"ya hadisəni təsdiqləyiblər və bildirilib ki, məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və Lətifov İlkin Mehman oğlu qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib:

"Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib.

Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə, məktəbin 2 şagirdi şübhəli qismində nəzarətə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır".

Xəbər 1580 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +