Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


17.02.2022  18:22 

İzzət İzəddinov vəfat etdi





A+  A-

Krım Tatar Milli Hərəkatının qurucularından və öndərlərindən biri olan İzzət İzəddinov dünən 83 yaşında koronavirüsdan vəfat edib.

XəzərNews.az xəbər verir ki, 1938-ci ildə Kırımın Camlı Özənbaş köyündə dünyaya gələn İzzət İzəddinov, 6 yaşında ikən xalqı ilə birlikdə Özbəkistana sürgün edilib.

Yeniyetmə İzzət 1947-ci ildə, 5-ci sınıfdə oxuyarkən keçmiş SSRİ-nin qanlı diktatoru Stalinə məktub yazaraq xalqının vətəninə - Kırıma geri döndərilməsini tələb edib.

Lakin həmin məktub Stalinə gedib çatmayıb. Məktubu açıp oxuyan poçt xəfiyyəsi onu məktəb müdirinə təqdim edib. İzzət İzəddinovu otağına çağıran məktəb müdiri, məktubu paramparça edib, İzəddinovu isə acımasızca döyüb.

Vətəni Kırıma 1990-cı ildə dönən İzəddinov son günlərinə qədər xalqının haqqları üçün mücadilə etməyə davam edib.

İzzət İzəddinov 2014-cü ildə Rusiyanın Kırımı işğal etməsindən sonra Kırım tatarlarına qarşı basqılar barədə dünya ictimaiyyətini məlumatlandırma, həbsə atılanların ailələri ilə dayanışma və yardım amacıyla qurulan “Kırım Dayanışması Platformu”nun toplantılarına da aktiv şəkildə qatılırdı.



Xəbər 1733 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +