Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


18.11.2020  08:46 

“Bu, terrorla mübarizəyə təsir etməyəcək” - Pentaqon





A+  A-

ABŞ 2021-ci ilin yanvarınadək Əfqanıstan və İraqda hərbi kontingentin sayını azaldacaq.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən Kristofer Miller bildirib.

“15 yanvar 2021-ci ildə Əfqanıstanda bizim qüvvələrimizin sayı 2500 hərbçi olacaq. Elə həmin günədək İraqdakı qüvvələrimiz 2500 nəfərdən ibarət olacaq”, - Miller Pentaqondakı brifinqdə deyib.

“Bu, müəyyən edilmiş planımıza və strateji məqsədlərimizə uyğun gəlir və ABŞ-ın siyasətinin və ya məqsədlərinin dəyişməsinə bərabər deyil”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstan və İraqda kontingentinin azalması regionda terrorçulara qarşı mübarizəyə mane olmayacaq.

Hazırda İraqda ABŞ əsgərlərinin sayı 3000, Əfqanıstanda isə 4 500 nəfərə yaxındır.

Qeyd edək ki, Pentaqon sözügedən açıqlamanı “CNN” telekanalının Trampın Əfqanıstan və İraqdakı əsgərlərin sayını (2500-ə qədər) azaldacağını, bu prosesin 15 yanvaradək reallaşacağı barədə xəbərindən bir gün sonra verib.

Xəbər 1966 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +