Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi


26.11.2018  14:53 

“Qarabağ”ın qrupdan çıxmasına mane olan hakim yenidən Bakıda





A+  A-

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyununun baş hakimi müəyyənləşib.
XəzərNews.az xəbər verir ki, matçı Çexiya Futbol Federasiyasından Petr Ardeleanu idarə edəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – “Sportinq” oyunu noyabrın 29-u saat 21:55-də başlayacaq.

***

Bu hakim Ağdam təsmilçisi üçün yad hakim deyil.

O, iki dəfə Ağdam klubunun oyununa təyinat alıb. İlk dəfə 2013-cü ildə “Qarabağ”ın Avropa Liqasının ilk təsnifat mərhələsində Makedoniya “Metallurq”una qarşı keçirdiyi matçda 4-cü hakim funksiyasının yerinə yetirib. Həmin qarşılaşmada Azərbaycan klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Ardelenau Bakıya ikinci dəfə 2014-cü ildə gəlib. O, bu dəfə Qurban Qurbanovun komandasının qrup mərhələsiin son turunda İtaliya “İnter”inə qarşı keçirdiyi oyunda əlavə-köməkçi hakim olub. Həmin matçda “Qarabağ” son dəqiqələrdə qol vursa da, Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadası qolu qeydə almamışdı. Məhz həmin qarşılaşmada qapıarxası hakim olan Petrin də “Qarabağ”ın qrupdan çıxmamasına mane olmaqda “əməyi” var.

Xəbər 1407 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +