İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


14.06.2019  09:12 

“Dövlət sifarişi yerləri 66 faiz artıb” - Təhsil naziri





A+  A-

"Ölkə prezidentinin sərəncamına əsasən dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayının 2019-2020 tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulub".
XəzərNews.az "Report"a istinadən xəbər verir ki, bu fikirlər təhsil naziri Ceyhun Bayramovun rəsmi mətbuatda dərc edilən məqaləsində yer alıb.

Nazir bildirib ki, bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib.

"Eyni zamanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq, 12300-dən 20500-ə çatdırılmış, ümumi qəbul planının 42 faizini təşkil etmişdir. Ötən il bu göstərici 27 faiz təşkil edirdi", - deyə Ceyhun Bayramov bildirib.

Xəbər 1370 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +