Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


24.05.2018  13:18 

“Rüstəm İbrahimbəyov digər torpaqlarımızı da ermənilərə verərdi” - Murad Cəfərov





A+  A-

Azərbaycanın tanınmış kinorejissoru Ayaz Salayevin Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi haqqında mətbuatda dərc olunan məqaləsini oxudum və çox təəssüfləndim.
XəzərNews.az bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Murad Cəfərov söyləyib.

“Rüstəm İbrahimbəyov hələ prezident olmaq istəyirdi. O, dövlət başçısı olsaydı nəinki Qarabağı, hətta digər torpaqlarımızı da ermənilərə verərdi. O, Vətəninin maraqlarını lobbiləşdirmək üçün heç nə etməyib”, - deyə M.Cəfərov bildirib.

Diaspor fəalı vurğulayıb ki, Rüstəm İbrahimbəyov həmişə Azərbaycanın maraqlarının əleyhinə işləyib. O, Xocalı soyqırımı haqqında film çəkmək əvəzinə, ermənilərin maraqlarına xidmət edən film çəkdi: “Xatırlatmaq istərdim ki, hələ 2002-ci ildə erməni əsilli Kanada rejissoru Atom Eqoyan qondarma “erməni soyqırımı” haqqında film çəkərək Kann festivalına çıxarmışdı. Onda bu rejissorun çəkdiyi film haqqında müsahibəsini oxudum. O, həyatı boyu bu cür filmi çəkmək xəyalında olduğunu qeyd etmişdi. İndi gəlin, Rüstəm İbrahimbəyovla onu müqayisə edək və nəticə çıxaraq. Görünür, İbrahimbəyovun başqa xəyalları var. Bu xəyallara milli maraqları müdafiə etmək marağı daxil deyil”.

Xəbər 2317 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +