“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


16.04.2025  11:42 

Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin əmri ilə Zəka Aqil oğlu Mirzəyev Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

XəzərNews.az xəbər verir ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə aspiranturanı bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayan Z.Mirzəyev 2003–2004-cü illərdə hərbi xidmətdə olub.

2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini vəzifələrində çalışıb. 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi, 2020-ci ildən isə Fondun İdarə Heyətinin sədr müavini olub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xatırladaq ki, Himalay Qabil oğlu Məmişov dünən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, prezidentin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib.


Xəbər 2645 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +