Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”


09.04.2025  13:39 

Qadını fotoları ilə şantaj edən şəxs tutulub





A+  A-

Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs tutulub.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.

Sumqayıtda fotoları ilə şantaj olunan qadını son anda polis qoruyub:

"Təhlükəli əməl o həddə çatıb ki, 26 yaşlı N.Kərimov 39 yaşlı qadının sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib müəyyən miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçirib. Ancaq qadının ondan tələb etdikcə pul verdiyini görən şəxs məbləğləri artırmağa başlayıb, dayanmayıb".

Elşad Hacıyev qeyd edib ki, hadisələrlə bağlı vətəndaşlar polisə vaxtında məlumat verməlidir:

"Vaxtında de ki, polis xilas eləsin. Çünki hər bir fakt başqa hadisəyə yox, daha ağır fəsadlara səbəb ola bilər. Xüsusilə qadınlar diqqətli olmalıdır".

Xəbər 2168 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +